Ayətullah Əli Xamenei, ABŞ-nin Donald Trampın bombardmanla bağlı hədəsini həyata keçirəcəyi təqdirdə, güclü cavab zərbəsi alacağını bildirir

11:38, 31.03.2025

 

İranın ruhani lideri Ayətullah Əli Xamenei, ABŞ-nin prezident Donald Trampın bombardmanla bağlı hədəsini həyata keçirəcəyi təqdirdə, güclü cavab zərbəsi alacağını bildirir. Bu barədə “Reuters” yazır.

“ABŞ və İsraildən düşmənçilik həmişə olub. Onlar bizi hücumla hədələyirlər, bu isə fikrimizcə, o qədər də mümkün deyil. Lakin əgər onlar hər hansı bir zərər versələr, mütləq güclü cavab zərbəsi alacaqlar. Əgər onlar düşünürlərsə ki, əvvəlki illər kimi, ölkə daxilində qarışıqlıq yaradacaqlar, İran xalqı özü onların öhdəsindən gələcək” – Xamenei bəyan edib.

Xatırladaq ki, ABŞ-nin Prezidenti Donald Tramp bəyan edib ki, əgər İran nüvə proqramı ilə bağlı razılaşmadan imtina etsə, bombardman və ikinci dərəcəli rüsumlar olacaq.

Oxşar