Ayətullah Əli Xamenei - Mübarizə başlayır, sionist rejimə aman verilməyəcək
Sionist rejimə güclü cavab verməliyik, sionist rejimə aman verilməyəcək – bu barədə İranın ruhani lideri Ayətullah Əli Xamenei sosial şəbəkədə ingilis dilində yazır.
“Sionist rejimə güclü cavab verməliyik. Sionist rejimə aman verilməyəcək” – Xamenei yazır.
Bundan əvvəl isə İranın ruhani lideri fars dilində yazıb ki, “möhtərəm Haydar adına mübarizə başlayır”.
Şiə müsəlmanları Məhəmməd peyğəmbərin varisi hesab etdikləri Əliyi tez-tez Haydar adı ilə çağırırlar.