Ayətullah Əli Xamenei - İran və ABŞ arasındakı münaqişə taktiki deyil, fundamentaldır
İran və ABŞ arasındakı münaqişə taktiki deyil, fundamentaldır – bu haqda İslam İnqilabının lideri Ayətullah Əli Xamenei deyib.
Ayətullah Əli Xamenei qeyd edib ki, ABŞ-nin bütün prezidentləri indiyə qədər İranın təslim olmasına çalışırdı, bunu isə onun sözlərinə əsasən, indiki prezident Donald Tramp çox açıq şəkildə deyib.
“Amerikalılar bəzən İranla əməkdaşlıq etmək istədiklərini deyirlər. Amerika tərəfindən sionist rejimin dəstəklənməsi, Amerika hərbi bazalarının mövcudluğu və bölgəyə müdaxiləsi şəraitində İranla əməkdaşlıq imkansızdır. Sanksiyaların ölkə üçün problemlər yaratmasına baxmayaraq, bir çox problemi həll etməyin və ölkənin toxunulmazlığının qorunub saxlanması üçün yeganə çıxış yolu güclü olmaqdır” – İranın ruhani lideri qeyd edib.