Ayətullah Əli Xamenei - Amerikanın cəfəng ittihamlarına cavabımız aydındır, onlar bu məsələdə heç nə edə bilməzlər
Amerikanın cəfəng ittihamlarına cavabımız aydındır, onlar bu məsələdə heç nə edə bilməzlər – bu barədə İranın dini lideri Ayətullah Əli Xamenei bildirib.
İranın sabiq dini lideri İmam Xomeyninin vəfatının 36-cı ildönümünə həsr olunmuş mərasimdə çıxış edərkən Ayətullah Xamenei Amerikanın mövqeyinin dünyada kəskin tənəzzülünə məhz onun mövcudluğunun təsir etdiyini qeyd edib.
İranın dini lideri bildirib ki, İslam Respublikası bütün sui-qəsdlər və düşmənçilik hərəkətləri qarşısında tab gətirdi.
“ABŞ-nin ilk sözü odur ki, İranın nüvə sənayesi olmamalıdır. Amerikanın cəfəng ittihamlarına cavabımız aydındır: onlar bu məsələdə heç nə edə bilməzlər. Nüvə sənayesi bir çox elmi sahələrə təsir edir. Uranın zənginləşdirilməsi nüvə probleminin açarıdır və düşmənlər zənginləşdirməyə fokuslanıblar. Bu gün İslam hökumətlərinin Fələstin məsələsi ilə bağlı bir çox öhdəlikləri var. Bu gün nəzakət, nəzərə almaq və ya neytrallıq vaxtı deyil. Bu gün susmaq vaxtı deyil. Bomba və güllələrlə insanları öldürürlər. İnsanlar necə də iyrənc və pis ola bilərlər! Amerika bu cinayətin ortağıdır və regiondan qovulmalıdır. Əgər hər hansı bir İslam dövləti sionist rejimi hər hansı bir şəkildə dəstəkləsə, onun alnında əbədi rüsvayçılıq mütləq qalacaq” – Ayətullah Əli Xamenei bildirib.