Ayətullah Əli Xamenei - Amerikalılar bilməlidirlər ki, İran milləti təslim olmur və onların tərəfindən istənilən hərbi müdaxilə şübhəsiz düzəlməz ziyana səbəb olacaq
Ayətullah Əli Xamenei - Amerikalılar bilməlidirlər ki, İran milləti təslim olmur və onların tərəfindən istənilən hərbi müdaxilə şübhəsiz düzəlməz ziyana səbəb olacaq

 

İranın ruhani lideri Ayətullah Əli Xamenei Donald Trampın bəyanatına cavab olaraq İranın təslim olmayacağını deyir.

“Amerikalılar bilməlidirlər ki, İran milləti təslim olmur və onların tərəfindən istənilən hərbi müdaxilə şübhəsiz düzəlməz ziyana səbəb olacaq” – Xamenei qeyd edib.

Ayətullah Əli Xamenei bildirib ki, müdrik olan və İranı, onun xalqını və tarixini yaxşı bilən hər kəs heç vaxt bu millətlə təhdid dili ilə danışmaz.

Xatırladaq ki, Amerikanın Prezidenti öz sosial şəbəkəsində İranı qeyd-şərtsiz təslim olmağa çağırıb.