Ayətullah Əli Xamenei ABŞ Pezidentinin İranı məhv edə bilməyəcəyini bildirir
İranın ruhani lideri Ayətullah Əli Xamenei ABŞ Prezidentinin İranı məhv edə bilməyəcəyini bildirib.
“Onlar daim İrana hərbi təyyarələr göndərdiklərini deyirlər. Çox yaxşı. Hərbi təyyarələr, əlbətdə, təhlükəli avadanlıqdır, lakin bu təyyarəni dənizin dibinə ata biləcək silah daha təhlükəlidir” – Xamenei qeyd edib.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla razılığa gələ bilməsələr, “nəticələr çox ağır olacaq” demişdi. Öz növbəsində İranda təhdidə dözməyəcəklərini və cavab zərbəsi endirməyə hazır olduqlarını qeyd edirlər.