Ayətullah Əli Xamenei - ABŞ bilməlidir ki, əgər o yeni müharibəyə başlasa, bu dəfə bu regional müharibə olacaq
Ayətullah Əli Xamenei - ABŞ bilməlidir ki, əgər o yeni müharibəyə başlasa, bu dəfə bu regional müharibə olacaq

 

ABŞ bilməlidir ki, əgər o yeni müharibəyə başlasa, bu dəfə bu regional müharibə olacaq – bu haqda İranın ruhani lideri Ayətullah Əli Xamenei bildirib.

Xamenei, İran İslam Respublikasının heç bir ölkəyə hücum etməyəcəyini, lakin İran xalqının ona hücum edən hər kəsə güclü zərbə endirəcəyini bildirib.

“Onların zaman-zaman müharibə, təyyarələr, gəmilər və bu kimi şeylər haqqında danışmalarında yeni bir şey yoxdur. Keçmişdə amerikalılar dəfələrlə təhdid ediblər və müharibə variantı da daxil olmaqla bütün variantların nəzərdən keçirildiyini bildiriblər. İran xalqı bu təhdidlərin təsiri altına düşməyəcək” – İranın ruhani lideri qeyd edib.