Ayətulla Ali Xameneinin həyat yoldaşı bombalama zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib
Ayətulla Ali Xameneinin həyat yoldaşı bombalama zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib

Ayətulla Ali Xameneinin həyat yoldaşı, Mansure Xocaste Baqerzade bombalama zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib. Mediaya görə, Xocaste Baqerzade komada idi.

79 yaşlı Mansure Xocaste Baqerzade həyat yoldaşı ilə birlikdə ABŞ və İsrailin koordinasiyası ilə onların yerləşdiyi əraziyə həyata keçirilən hücum zamanı zərər görüb.

Bundan əvvəl, martın 1-də İran dövlət mediası yayıb ki, ABŞ və İsrailin İran əleyhinə hücumları nəticəsində Ayətulla Ali Xameneinin bir neçə yaxın qohumu da həlak olub. Məlumata görə, həlak olanlar ali liderin qızı, nəvəsi, gəlin və kürəkənidir.

Xatırladaq ki, martın 1-də İran dövlət mediası ölkənin dini lideri Ayətulla Ali Xameneinin öldüyünü təsdiqləyib.