Avtomobil Yolları Departamentinin məlumatına əsasən, Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan olunub
Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, qar və yolun buz bağlamasına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun 93 km -107 km (Qudauri (Posta)-Kobi) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.
Onların məlumatına əsasən, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti dayanmadan keçid rejimində, Qudauri (Posta)-Kobi hissəsində yalnız qar uçqunundan müdafiə tunelləri vasitəsilə həyata keçiriləcək.