Avtomobil Yolları Departamenti yollarda mövcud vəziyyət haqda məlumat yayır
Avtomobil Yolları Departamenti yollarda mövcud vəziyyət haqda məlumat yayır

 

Aparılan təmizləmə işləri nəticəsində Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində yüngül avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub. Bu haqda məlumatı Avtomobil Yolları Departamenti yayır.

Onların məlumatına əsasən, digər istiqamətlərə gəlincə, intensiv qar yağışı və mürəkkəb meteoroloji şəraitə görə avtomobil yollarının ayrı-ayrı hissələrində xüsusi hərəkət rejimləri tətbiq edilib.

“Yolların buz bağlaması, intensiv qar yağması və mürəkkəb meteoroloji şəraitə görə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb: Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində; Tbilisi-Senaki-Leselidze avtomobil yolunun Axalsopeli nəqliyyat qovşağı-Boriti nəqliyyat qovşağı hissəsində, Qomi-Saçxere-Ciatura-Zestaponi avtomobil yolunun 1km-106km hissəsində, Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun Koda-Alqeti kəndi və 110km-146km hissələrində; Nakerala dağ keçidi; Saçxere-Raca yolunda; Partsxisi-Tetritsğaro avtomobil yolunda; Marneuli-Tetritsğaro-Tsalka avtomobil yolunda; Kutaisi-Tsğaltubo-Tsaqeri-Lentexi-Lasdili avtomobil yolunun Opitara-Mele hissəsində; Kutaisi-Alpana-Mamisoni yolunun Korenişi-Şovi hissəsində və Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun Cvari-Uşquli hissəsində.

Qar uçqunu təhlükəsi, güclü qar yağması, pis görünüş məsafəsi və çovğuna görə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb: Paravani dağ keçidində, Batumi (Anqisa)-Axaltsixe avtomobil yolunun Paksadzeebi Körpüsü-Utğisubani hissəsində, Niçbisi-Didqori-Didi Toneti avtomobil yolunda, Korşa-Şatili hissəsində və Uşquli-Lasdili hissəsində. Batumi-Axaltsixe yolunun 50km-85km hissəsində yalnız yolsuzluq avtomobillərinin hərəkətinə icazə verilir. Avtomobil yollarının qalan hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir” – Avtomobil Yolları Departamenti tərəfindən yayılmış məlumatda deyilir.