Avtomobil Yolları Departamenti – Vaziani-Qombori-Telavi yolunun 26-cı kilometrində qaya kütləsi uçub, bu səbəbdən avtonəqliyyatın hərəkəti qadağan edilib
Vaziani-Qombori-Telavi yolunun 26-cı kilometrində qaya kütləsi uçub – bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayır.
Onların məlumatında, qeyd olunan hissədə avtonəqliyyatın hərəkətinin qadağan edildiyi deyilir.
“Respublika əhəmiyyətli Vaziani-Qombori-Telavi avtomobil yolunun 26-cı kilometrində qaya kütləsi uçub, bu səbəbdən də müvafiq tədbirlər görülənədək qeyd olunan hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilir” – məlumatda deyilir.