Avtomobil Yolları Departamenti - Jinvali-Barisaxo-Şatili yolunda dərənin daşması təhlükəsi yüksəkdir, bu səbəbdən saat 22:00-dan 08:00-dək bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır
Güclü yağış səbəbilə respublika əhəmiyyətli Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 96-cı km-də (Qiorqitsminda kəndi) dərənin daşması təhlükəsi yüksəkdir, bu səbəbdən müəyyən müddətə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır – bu haqda məlumatı Avtomobil Yolları Departamenti yayır.
“Təhlükəsizlik məqsədilə qeyd olunan hissədə saat 22:00-dan 08:00-dək bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Sutkanın qalan hissəsində yalnız yolsuzluq avtomobillərinin hərəkətinə icazə verilir” – Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunub.