Avtomagistrallarda nəqliyyat vasitələrinin kateqoriyasına görə icazə verilən orta sürəti göstərən yeni yol nişanları quraşdırılıb
Avtomagistrallarda nəqliyyat vasitələrinin kateqoriyasına görə icazə verilən orta sürəti göstərən yeni yol nişanları quraşdırılıb

İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, hərəkət təhlükəsizliyini artırmaq və sürücülərə məlumatı vaxtında çatdırmaq məqsədilə ölkə üzrə avtomagistrallarda yeni yol nişanları quraşdırılıb. Bu nişanlar nəqliyyat vasitələrinin kateqoriyasından asılı olaraq müəyyən yol sahələrində icazə verilən orta sürəti əks etdirir.

Nişanlarda elə nəqliyyat vasitələrinin kateqoriyaları göstərilib ki, avtomagistralın bəzi hissələrində onlar üçün icazə verilən sürət 80 km/saatdan artıq deyil.

“Qeyd olunanlar aşağıdakı kateqoriyalara aiddir: C, CE, C1, C1E, D, DE, D1, D1E – iri və orta yük avtomobilləri, qoşqulu yük maşınları, iri avtobuslar, mikroavtobuslar və qoşqulu avtobuslar.

Nişanlar nəqliyyat qovşaqlarının çıxışlarında yerləşdirilib ki, sürücülər avtomagistrala daxil olmadan əvvəl hərəkət şəraiti barədə məlumatı əvvəlcədən və aydın şəkildə alsınlar. Bu, onlara hərəkəti düzgün planlaşdırmağa və yolu təhlükəsiz davam etdirməyə kömək edəcək.

Qeyd etmək vacibdir ki, bu məhdudiyyətlər yeni deyil: onlar Gürcüstanın “Yol hərəkəti haqqında” qanununun 33-cü maddəsinin 7-ci bəndinin “d”, “e” və “v” yarımbəndləri ilə müəyyən edilib və 2013-cü ildən qüvvədədir. Yeni nişanların yerləşdirilməsi yalnız sürücülərin bu qaydalar barədə məlumatı əvvəlcədən, aydın və başa düşülən şəkildə əldə etməsinə xidmət edir.

Bununla yanaşı, sürücülərin nəzərinə çatdırılır ki, bu ilin 22 dekabrından Daxili İşlər Nazirliyi diferensiallaşdırılmış orta sürətə nəzarət olunan sahələrdə 80 km/saat həddinin aşılması ilə bağlı pozuntuların inzibatçılığına başlayır.

“Xahiş edirik, yol nişanlarını diqqətlə izləyin və qüvvədə olan qaydalara əməl edin”, – məlumatda qeyd olunur.