Avstriyanın Xarici İşlər naziri Ukraynanın Avropa İttifaqına üzv olmasına qarşıdır
Avstriyanın Xarici İşlər naziri Ukraynanın Avropa İttifaqına üzv olmasına qarşıdır

Avstriyanın Xarici İşlər naziri, Aleksandr Şallenberq hesab edir ki, Ukraynaya Avropa İttifaqıba üzvlük təklif edilməməlidir. Ukrayna mətbuatı xəbər verir ki, o, bunu 14-cü Avropa Media Sammitində çıxışı zamanı debəyan etdi.

Daha dəqiq olaraq, nazir hesab edir ki, Ukrayna, prezident Zelenskinin gözlədiyi kimi iyunda namizəd statusu almamalıdır. Elə burada o, öz mövqeyini belə əsaslandıdı ki, Qərbi Balkanlarda namizədliyi qəbul edənə qədər xeyli yol qət edən ölkələr var.

Ukrayna mətbuatının məlumatına görə, Avstriyanın “Heute” nəşri də Şallenberqə istinadən yazır ki, Ukrayna prinsip etibarı ilə gələcəkdə Avropa İttifaqına üzv olmamalıdır və o, Ukraynanın tam üzvlükdən başqa yolunu dəstəkləyəcək.

Nazirin mövqeyinə görə, Ukraynanın Avropa İttifaqına daxil olması istisna olmaqla, digər modellər də olmalıdır, məsələn, Avropa İttifaqının vahid iqtisadi zonasına daxil olmaq və ya sadəcə olaraq assosiasiya sazişinin hazırkı səviyyəsini saxlamaq. Şallenberq Ukraynanı daha çevik olmağa və Avropa İttifaqı ilə yaxınlaşma mexanizmləri axtarmağa çağırdı. Elə burada Avropa İttifaqının Ukrayna ilə münasibətlərinin daha da dərinləşməsini dəstəklədi.