Avstriyanın xarici işlər naziri - İkitərəfli münasibətlər və inkişaf sahəsində əməkdaşlıq baxımından, Gürcüstan Avstriyanın vacib tərəfdaşıdır
Avstriyanın xarici işlər naziri - İkitərəfli münasibətlər və inkişaf sahəsində əməkdaşlıq baxımından, Gürcüstan Avstriyanın vacib tərəfdaşıdır

 

İkitərəfli münasibətlər və inkişaf sahəsində əməkdaşlıq baxımından, Gürcüstan Avstriyanın vacib tərəfdaşıdır – bu haqda Avstriya Respublikasının xarici və Avropa işləri naziri Beate Mainl-Raizinqer Gürcüstanın xarici işlər naziri Maka Bocorişili ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Beate Mainl-Raizinqer qeyd edib ki, Maka Bocorişvili ilə görüşdə müzakirə olunan məsələlərdən biri Gürcüstanın işğal olunmuş iki bölgəsi idi.

Nazir bildirib ki, Avstriya və Gürcüstanın yalan rus narrativlərinə və dezinformasiyasına qarşı güclərini birləşdirməsi vacibdir.

„İkitərəfli münasibətlər baxımından, Gürcüstan vacib tərəfdaşdır, eləcə də inkişaf sahəsində əməkdaşlıq baxımından da vacib tərəfdaşdır. Gürcüstan inkişaf sahəsində əməkdaşlıq baxımından mərkəzi ölkədir. Bizim yaxşı iqtisadi əlaqələrimiz var və onların daha da dərinləşdirilməsi hər iki tərəf üçün faydalı olacaq. Ukraynada Rusiyanın davam edən aqressiv müharibəsi kontekstində, hər iki ölkə dayanıqlılığın gücləndirilməsinə ehtiyac duyur, bu barədə görüşdə artıq danışmışıq. Rusiya institutlarımızı və cəmiyyətimizi destabilləşdirmək cəhdlərinə davam edir, biz Rusiya tərəfindən yalan narrativlərin və dezinformasiyanın yayılmasının qarşısını almaq üçün güclərimizi birləşdirməliyik.

Rusiya beynəlxalq hüququn kobud şəkildə pozulmasına görə cavabdehlikdən qaça bilməməlidir. Əgər beynəlxalq nizam qaydaların yerinə ‘həqiqət gücdədir’ ideyasına əsaslanmalı olarsa, Avstriya və Gürcüstan kimi ölkələr üçün nəticələr böyük olacaq. Məhz buna görə də, Avstriya Gürcüstanın ərazi bütövlüyü və suverenliyini tam dəstəkləyir. Bizim müzakirələrimizin əsas mövzusu Gürcüstanın işğal olunmuş bölgələri idi“ – Avstriya Respublikasının xarici və Avropa işləri naziri Beate Mainl-Raizinqer qeyd edib.

Nazir jurnalistin Gürcüstanın təhlükəsiz ölkə statusu ilə bağlı sualını cavablandırıb və qeyd edib ki, daxili işlər naziri ilə birlikdə vəziyyət daim qiymətləndirilir və Gürcüstan təhlükəsiz ölkə olaraq qalır.

“Təhlükəsiz ölkə mövzusu ilə bağlı sualınıza gəlincə, bu, bu gün müzakirə mövzusu olmayıb. Biz əlbətdə, daxili işlər naziri ilə birlikdə vəziyyəti daim qiymətləndiririk” – Avstriyanın xarici işlər naziri qeyd edib.

Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.