Avstriyanın ifrat sağçı “Azadlıq Partiyası”nın lideri, gələcək hökuməti qurmaq vəzifəsinin tapşırıla biləcəyi Herbert Kikl ölkə prezidenti ilə görüşüb
Avstriyanın ifrat sağçı “Azadlıq Partiyası”nın lideri, gələcək hökuməti qurmaq vəzifəsinin tapşırıla biləcəyi Herbert Kikl ölkə prezidenti ilə görüşüb.
“Əvvəlcə xalq, sonra kansler” – “Azadlıq Partiyası”nın lideri Herbert Kikl sosial şəbəkədə yazıb və prezident Aleksander Van Der Bellenlə görüşdən sonra geniş şərh verəcəyini əlavə edib.
Medianın yazdığı kimi, Aleksander Van Der Bellenin şərhini də danışıqlardan sonra gözləyirlər.
Herbert Kikl özünü xalqın gələcək kansleri adlandırır. Bu, nasistlərin, o cümlədən Adolf Hitlerə münasibətdə istifadə etdiyi bir termindir. Herbert Kikl və onun partiyası Rusiyanın Ukraynaya müdaxiləsinə görə ona sanksiyaların tətbiq edilməsinə qarşı çıxırlar və bunun, Avstriyanın neytrallığını pozduğunu deyirlər.
Bundan əvvəl Avstriyanın kansleri Karl Nehammer üç partiya arasında hökumət koalisiyasının yaradılması ilə bağlı sentyabrda başlayan danışıqların uğursuzluğa düçar olmasından sonra istefa verib. Danışıqların əsas məqsədi seçkilərdə qalib gələn ifrat sağçı “Azadlıq Partiyası” olmadan koalisiya yaratmaq olub.