Avstriyanın Federal Kriminal Xidməti Qrats şəhərindəki məktəbə hücum edən 21 yaşlı hücumçu barədə əlavə məlumat yayır
Avstriyanın Federal Kriminal Xidməti Qrats şəhərindəki məktəbə hücum edən 21 yaşlı hücumçu barədə əlavə məlumat yayır

 

Avstriyanın Qrats şəhərində məktəbə hücumu həyata keçirən 21 yaşlı gənc döyüş oyunlarının həvəskarı olub. Müvafiq bəyanatı ölkənin kriminal polisinin əməkdaşı verib.

“O, hədsiz qapalı həyat tərzi keçirdi, introvert idi və virtual məkanda təkliyə üstünlük verirdi” – Loneqer jurnalistlərə deyib.

İyunun 10-da Avstriyanın Qrats şəhərində məktəblərdən birində hücumçu on nəfəri qətlə yetirib, sonra isə özünü öldürüb. Qrats şəhərindəki məktəbə silahlı hücuma görə Avstriyada üç günlük matəm elan edilib.