Avstriyada yeni hökumətə qarşı minlərlə insan çıxdı
Avstriyada yeni hökumətə qarşı minlərlə insan çıxdı

Vyananın mərkəzi meydanına, Heldenplatsa Sebastyan Kurtsun yeni hökumətinə qarşı minlərlə insan çıxdı.

Nümayişçilər polietilen yandırdılar və buna görə də hadisə yerinə yanğınsöndürən xidmətlər gəldilər.

Avstriya paytaxtının mərkəzində yerləşən Dövlət Kitabxanası və Prezident Sarayının təhlükəsizliyinin təmin olunması məqsədi ilə xüsusi dəstə səfərbər olunmuşdu.

Aksiya iştirakçıları bəyan edirlər ki, onlar hökumətə ultraşağçıların daxil olmasına etiraz edirlər.

Andiçmə mərasimi Avstriyanın paytaxtı, Vyana şəhərində artıq keçirildi.

Avstriyada hökumətin formalaşması, Sebastyan Kurts “Avstriya Xalq Partiyası” və “Azadlıq Partiyası” ilə koalisiya yaratdıqdan sonra mümkün oldu.