Ötən bir gün ərzində Avstriyada koronovirusun rekord olaraq yüksək göstəricisi – altı min yeni halı qeydə alındı. Məlumatı “Qardian” nəşri ölkənin Səhiyyə Nazirliyinə istind edərək yayır.
Virus hallarının artmasına görə, ölkədə karantin elan edildi. Komendant saatı qüvvədədir, kafelər, barlar, restoranlar bağlıdır. Həmçinin ayın sonuna kimi muzeylər, teartlar və kino-teatrlar bağlanıb.
Pandemiyanın başlamasından bu günə qədər, Avstriyada koronavirurunun 125 099 təsdiq olunmuş halı qeydə alınıb, 1 127 pasiyent vəfat edib.