Avstriyada, Birləşmiş Ərəb Əmirliklərində, Özbəkistanda və Belarusda, eləcə də BMT-nin Cenevrə ofisində Gürcüstanın yeni səfirləri var
Avstriya Respublikasında, Birləşmiş Ərəb Əmirliklərində, Özbəkistan və Belarus respublikalarında, eləcə də BMT-nin Cenevrə ofisində və digər beynəlxalq təşkilatlarda Gürcüstanın yeni səfirləri var.
Avstriya Respublikasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri və ATƏT-də və Vyanada yerləşən beynəlxalq təşkilatlarda Gürcüstanın daimi nümayəndəsi kimi Aleksandre Maisuradze təyin edilib. Aleksandre Maisuradze 1998-ci ildən Gürcüstanın diplomatik xidmətində müxtəlif vəzifələrdə çalışır. Müxtəlif dövrlərdə Aleksandre Maisuradze NATO-da, eləcə də Cenevrədə BMT-nin bölmələrində və digər beynəlxalq təşkilatlarda Gürcüstanın daimi nümayəndəsi olub. Aleksandre Maisuradzeyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Cenevrədə BMT və digər beynəlxalq təşkilatlarda Gürcüstanın daimi nümayəndəsi kimi Revaz Lominadze təyin edilib. Revaz Lominadze Kipr Respublikasında, eləcə də İsveçrə Konfederasiyasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri olub. Revaz Lominadzeyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Birləşmiş Ərəb Əmirliklərində Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri kimi Qiorqi Cancğava təyin edilib. Onun diplomatik xidmət sahəsində uzunmüddətli təcrübəsi var. 1994-cü ildən Qiorqi Cancğava Xarici İşlər Nazirliyində və Gürcüstanın diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb, o cümlədən Türkiyə Respublikasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri olub, müxtəlif dövrlərdə Səudiyyə Ərəbistanı Krallığında, Misir və Suriya Ərəb respublikalarında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri, eləcə də İran və Pakistan İslam respublikalarında Gürcüstanın səfiri olub. Qiorqi Cancğavaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Özbəkistanda Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Davit Kotaria təyin edilib, o, həm özəl, həm də dövlət sektorunda böyük təcrübəyə malikdir. Davit Kotaria 1998-ci ildən Xarici İşlər Nazirliyində və diplomatik missiyalarda çalışıb. O, Belarus Respublikasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib. Ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Belarus Respublikasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri kimi isə Qiorqi Saqanelidze təyin edilib. O, Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə 1998-ci ildən çalışır. Qiorqi Saqanelidze Ermənistan Respublikasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri olub. Ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Məlumatı Xarici İşlər Nazirliyi yayır.