Avstriya tərəfindən Gürcüstana bağışlanan 5000 doza Astrazeneka peyvəndi Tbilisidədir
Avstriya tərəfindən Gürcüstana bağışlanan 5000 doza Astrazeneka peyvəndi Tbilisidədir. Bu barədə Gürcüstanın Avstriyadakı səfiri Ketevan Tsixelaşvili məlumat yayır.
“Bu yaxınlarda Vyana-Tbilisi reysi Tbilisi hava limanına endi, bununla birlikdə Avstriyanın Gürcüstana bağışladığı 5000 doza Astrazeneka peyvəndi gəldi!
Bu köməyə və həmrəyliyə görə Avstriyalı tərəfdaşlarımıza və dostlarımıza çox təşəkkür edirik!
Bu, çox qiymətləndirdiyimiz vacib bir dostluq jestidir! ”,- deyə Ketevan Tsixelaşvili Facebook-da yazdı.