Avstriya Slovakya sərhədində yoxlamaya başlayacaq
Avstriya Slovakya sərhədində bu gün gecədən yoxlamaya başlayacaq. Müvafiq məlumatı ölkənin Daxili İşlər Nazirliyinə istinadən “Reuters” agentliyi yayır.
Nazirlikdə izah edildiyi kimi, Avstriya sərhəd nəzarəti yaratmaq qərarına Çexiya hökumətinin oxşar tədbirləri tətbiq etməsindən sonra gəldı.
Bu həftənin əvvəlində Çexiya hakimiyyəti qeyri-qanuni miqrasiyanın artması səbəbindən, Slovakiya ilə sərhəddə nəzarəti müvəqqəti bərpa edəcəklərini açıqladı. Çexiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin əvvəlindən qeyri-qanuni miqrasiya 1200% artıb. Sərhədi qanunsuz keçənlərin əksəriyyəti Suriyalılardır.
2022-ci ilin əvvəlindən Çexiya polisi ölkəyə qanunsuz daxil olan 11 min miqrantı həbs edib. Çexiya hökumətinin məlumatına görə, bu, əsasən tranzit miqrasiyadır, miqrantların əksəriyyəti Almaniyaya yollanırdı.