Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Belen Mixeil Ğavelaşvilini Müstəqillik Günü münasibətilə təbrik edir
Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Belen Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilini Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edir.
“Əziz cənab Prezident, Gürcüstanın milli günü ilə əlaqədar öz səmimi təbirikimi çatdırmaqdan şərəf duyuram.
Rusiya tərəfindən Ukraynaya qarşı aparılan təcavüzkar müharibə və bununla bağlı geosiyasi çağırışlar kontekstində dünya ölkələrinin sülh, beynəlxalq hüquq, insan hüquqlarına hörmət və demokratiya ruhunda birləşməsi və əməkdaşlıq etməsi vacibdir.
Fürsətdən istifadə edərək, Sizə və ailənizə ən xoş arzularımı, gürcü xalqına isə dinc və xoşbəxt gələcək arzulayıram” – təbrik məktubunda qeyd olunub.