Avstriya məktəblərdə 14 yaşadək qızlara hicab geyinməyi qadağan etməyi planlaşdırır
Avstriya hökuməti məktəblərdə 14 yaşına qədər olan qızlara başörtüyü (hicab) taxmağı qadağan etməyi planlaşdırır. Bu barədə məlumatı Avstriyanın ictimai yayım xidməti yayıb.
Hökumətin qiymətləndirməsinə görə, bu qadağa təxminən 12 min şagirdi əhatə edəcək. Müvafiq açıqlamanı ailə və inteqrasiya naziri Klaudiya Plakolm verib.
Avstriyada bu cür qadağa əvvəllər də mövcud idi, lakin 2019-cu ildə Konstitusiya Məhkəməsi həmin qərarı ləğv etmişdi. O zaman dəyişiklik üç minə yaxın müsəlman şagirdə təsir etmişdi.
Medianın məlumatına görə, Milli Şura yeni qanunu dekabr ayında təsdiqləyəcək.
Qanun qəbul olunarsa, qadağa 2026-cı ilin tədris ilindən qüvvəyə minəcək. Yeni qaydanı təkrar pozanlar üçün pul cəriməsi nəzərdə tutulacaq.