Avstriya kansleri Avstriyanın Rusiya qazının pulunu rublla ödəməyə razı olduğu barəsində xəbəri inkar edir

14:00, 27.04.2022

Avstriya kansleri Rusiya təbii qazının idxalına görə ödənişin rublla aparılması ilə bağlı məlumatı təkzib edir.

Bu barədə Karl Nehammer sosial şəbəkədə yazır.

“Burada rus təbliğatının saxta xəbərləri yayılmamış. Sözsüz ki, OMV Rusiya ilə qazın ötürülməsini üçün avro ilə ödənişi davam etdirir. Avstriya Avropa İttifaqının birgə razılaşdırılmış sanksiyalarına sadiqdir”, – Avstriya kansleri yazır.

Bundan əvvəl “BBC” Avstriyanın Rusiya qazının pulunu rublla ödəməyə razı olduğunu barəsində məlumat yaydı. BBC-nin rusdilli nəşrinin məlumatına görə, bu barədə Avstriya kansleri bəyan etdi.

 

Oxşar