Avstraliyanın baş naziri Ukraynadadır. O, Buça, İrpin və Hostomelə baş çəkdi. Bu barədə Kiyev vilayətinin başçısı Aleksey Kuleba sosial şəbəkədə yazır.
Kulebanın bəyan etdiyinə görə, Avstraliyanın baş naziri, Entoni Albanizin Ukraynaya ilk səfəridir.
Onun sözlərinə görə, Avstraliyanın baş naziri dağıdılmış evlərə, mina partlayışlarının izlərinə və dağıdılmış “Antonov” aeroportuna baş çəkdi.
“Avstraliya Ukraynanı dəstəkləyir və burada törədilən cinayətlərə görə ədalətli cəzanın verilməsini dəstəkləyi ilə çıxış edir. Kİyev vilayətinə səfərə görə nümayəndə heyətinə təşəkkürlər edirəm. Avropanın mərkəzində, Ukraynada aparılan müharuvə dünya gündəmində qalmalıdır”, – Kuleba yazır.