Avstraliyalı yeniyetmə İsrail Prezidenti İsaak Hertsogun qətlini hədələyən paylaşımına görə 10 il həbs təhlükəsi ilə üzləşir
Avstraliyalı yeniyetmə İsrail Prezidenti İsaak Hertsogun qətlini hədələyən paylaşımına görə 10 il həbs təhlükəsi ilə üzləşir

İsrail Prezidenti İsaak Hərtsogun qətlini hədəf alan sosial media paylaşımına görə avstraliyalı yeniyetmə 10 il həbs təhlükəsi ilə üzləşir. “Reuters” xəbər verir ki, 19 yaşlı gənc İsrail Prezidentinin Avstraliyaya səfərindən əvvəl sosial media platformalarında Hərtsogu hədələyən yazılar paylaşıb.

Polisin məlumatına görə, ona “beynəlxalq səviyyədə qorunan xarici liderin qətlini hədələmək” ittihamı irəli sürülüb. Avstraliya mediası bildirir ki, gənc həmçinin ABŞ Prezidenti Donald Trampı da hədələmişdi.

Daxili yoxlama zamanı onun evindən mobil telefon və narkotik hazırlamaq və ya istifadə etmək üçün alətlər götürülüb. Yeniyetmə girovsuz azad edilməyib və bu gün məhkəməyə çıxarılacaq.

İsrail Prezidenti Avstraliyaya beş günlük səfəri çərçivəsində fevralın 8-də gələcək. Hərtsog dekabr ayında Bondi çimərliyində Hannuka bayramı zamanı vətəndaşlara edilən hücumda həyatını itirənlərin ailə üzvləri və yaxınları ilə görüşəcək. Hərtsogun səfəri pro-Palestina qruplarının narazılığına səbəb olub və bir neçə şəhərdə etiraz aksiyaları planlaşdırılıb. Sidneydə polis İsrail Prezidentinin səfəri öncəsi kütləvi toplaşmaları qadağan edib.