Avstraliyada meşə yanğınlarında yanğınsöndürən həyatını itirib. “Reuters”in məlumatına əsasən, Sidneyin şimalında meşə yanğınını söndürərkən yanğınsöndürənin üzərinə ağac düşüb.
Medianın məlumatında, hadisənin Sidneyin 200 kilometr şimalında yerləşən Bulaxdela şəhəri yaxınlığında baş verdiyi və 59 yaşlı kişinin hadisə yerində dünyasını dəyişdiyi deyilir.
Meşə yanğınları Avstraliyada onlarla evi məhv edib. Bazar ertəsinə olan vəziyyətə görə, Yeni Cənubi Uels ştatında 50-dən çox yanğın ocağında 50-dən çox yanğın tüğyan edir. Rəsmi şəxslər yanğının bir neçə yerdə lokallaşdırıldığını, lakin sakinlərə hələlik evlərinə qayıtmamaq barədə xəbərdarlıq etdiklərini bildiriblər.