“ Avroviziya 2022”nin ikinci yarımfinalında 10 finalçı ölkə müəyyənləşib
Bu gün Turində 66-cı Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinal şousu keçirilib.
“Circus Mircus” qrupu “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalında çıxış edib. Gürcüstan təmsilçisi beşinci yerə çıxıb və Lock Me In mahnısını ifa edib.
İkinci yarımfinaldan on ölkə müsabiqənin finalına yüksəlib. Gürcüstan onların sırasına daxil ola bilmədi.
İkinci yarımfinal axşamında 18 iştirakçıdan 10-u finala yüksəlib. Bu ölkələr Finlandiya, Serbiya, Azərbaycan, Estoniya, Çexiya, Avstraliya, Polşa, Rumıniya, Belçika və İsveçdir.
İlk yarımfinalın canlı yayımı Gürcüstanın Birinci Kanalında saat 23:00-dan etibarən yayımlanıb.
“Avroviziyq” finalı mayın 14-də keçiriləcək və canlı yayım Gürcüstanın Birinci Kanalı tərəfindən saat 23:00-dan etibarən təqdim olunacaq.