Avroparlament Gürcüstan haqqında qətnamə qəbul etdi
Eləcə də, Avroparlament Rusiyaya bildirir ki, Gürcüstan əraziləri Abxaziya və Cənubi Osetiya işğalını dayandırsın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət etsin. Avroparlament monitorinqinin missiyasına şərtsiz giriş imkanı versin ki, missiya mandat tərəfindən verilən öhdəlikləri Cənubi Osetiya və Abxaziyada yerinə yetirsin.
Avroparlament Rusiyadan tələb edir ki, borderizasiyanı dayandırsın.
Avroparlament, Gürcüstan hökümətinin yeni sülh təşəbbüsü olan “Gələcəyə doğru daha yaxşı addım”-a dəstək olur. Təşəbbüs, Cənubi Osetiya və Abxaziyada yaşayan insanlar üçün humanitar və sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmağı, eləcə də, millətlər arası əlaqə və bölünmüş cəmiyyət arasında güvənin bərpasını nəzərdə tutur.
Avroparlament, Gürcüstan Parlamentinin ikipartiyalı qətnaməsinin qəbul edilməsinə dəstək olur. Qətnamə, bu tərz cinayətlərin yerinə yetirilməsi və gizlədilməsi zamanı şəxsləri qara siyahıya əlavə edir. (Otxozoriya-Tatunaşvili siyahısı)
Avroparlament bütün üzv dövlət və Avropa İttifaqına müraciət edir ki, sanksiyalar qara siyahısına Otxozoriya-Tatunaşvili işi ilə əlaqəsi olan şəxsləri əlavə etsinlər.