Avropanın top-klubları peyvənd olunmamış futbolçuları almırlar
Avropanın top-klubları peyvənd olunmamış futbolçuları almırlar

Avropanın top-klubları koronavirusa qarşı peyvənd olunmayan Premyer Liqa oyunçuları ilə müqavilə imzalamaqdan imtina edirlər, – “telegraph” qazeti yazır.

Bu, gələcəkdə xəstəliyin başqa bir potensial epidemiyası partlayışı ilə bağlıdır. Komandalar oyunçunun peyvənd olunmadığı onlara məlum olan kimi dərhal danışıqları dayandırırlar.

Tibbi protokola əsasən, Avropada yeni koronavirus epidemiyası baş versə, peyvənd olunmamış futbolçular mövsüm ərzində fasilələrdə komanda ilə matçlara gedə və klubun düşərgəsini tərk edə bilməyəcəklər.

Qeyd olunasıdır ki, London “Çelsi”-sinin iki futbolçusu – Ruben Loftus-Çik və N’Qolo Kante Amerika Birləşmiş Ştatlarına səfərə çıxa bilmədilər, onlar vaksinasiya olunmamışlar.