Avropanın müxtəlif hava limanlarında bomba olması ilə bağlı bildirişlərə görə azı yeddi təyyarə qəza enişi edib

15:33, 05.11.2026

 

Avropanın müxtəlif hava limanlarında göyərtədə bomba olması ilə bağlı alınmış bildirişlərə görə azı yeddi təyyarə qəza enişi edib. Məlumatı “Reuters” agentliyi yayır.

Brüsselin Zaventem Hava Limanında Polşanın “LOT“ aviaşirkətinin təyyarəsi fövqəladə eniş həyata keçirib. Dublindən Romaya uçan təyyarə isə Fransada, Normandiya hərbi bazasına endirilib. Helsinkidən Romaya uçan Finlandiya aviaşirkətinin təyyarəsi İtaliya hərbi hava qüvvələrinin müşayiəti ilə İtaliyanın paytaxtına enib. Bolqarıstan hakimiyyəti bomba təhlükəsi səbəbindən üç təyyarənin qəza enişi etdiyini bəyan edir. Onlardan ikisi Sofiyada, biri isə Plovdivdə enib. Hava gəmiləri Kopenhagen, Madrid və Londondan reyslər yerinə yetirirdilər.

Bu, həftə ərzində göyərtədə bomba təhlükəsi səbəbindən təyyarələrin qəza enişi etməsi ilə bağlı artıq ikinci haldır, bu da hava hərəkətində fasilələr yaradır.

Oxşar