“Avropanın Liberallar və Demokratlar Alyansı” – “ALDE” Aleko Elişvilinin hərəkətlərini doğrultmur, həmçinin dinc nümayişçilərə qarşı güc və kimyəvi silah tətbiqini də qəbul etmir
“Avropanın Liberallar və Demokratlar Alyansı” – “ALDE” Aleko Elişvilinin hərəkətlərini doğrultmur, həmçinin dinc nümayişçilərə qarşı güc və kimyəvi silah tətbiqini də qəbul etmir

“Avropanın Liberallar və Demokratlar Alyansı” partiyası Gürcüstan Parlamentinin sədri Şalva Papuvaşvilinin bəyanatına cavab verib.

Partiya sosial şəbəkə X-də Şalva Papuvaşvilinin bəyanatını paylaşıb və bildirib ki, Aleko Elişvilinin hərəkətlərini doğru hesab etmir, eləcə də dinc nümayişçilərə və vətəndaşlara qarşı güc və kimyəvi silah tətbiqini qəbul etmir.

“Əlbəttə ki, ‘ALDE’ partiyası bu hərəkətləri doğru hesab etmir, bu öz-özlüyündə aydındır. Eləcə də biz heç vaxt dinc nümayişçilərə qarşı güc tətbiqini və ya vətəndaşlara qarşı kimyəvi silah istifadəsini doğru saymırıq,” – deyə “Avropanın Liberallar və Demokratlar Alyansı” bəyan edir.