Avropanın Aviasiya Agentliyi aviaşirkətlərə Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirliklərinin hava məkanında, eləcə də Oman körfəzinin akvatoriyasında uçuşlardan çəkinmək barədə xəbərdarlıq edir

17:01, 14.07.2026

 

Avropanın Aviasiya Təhlükəsizliyi Agentliyi aviaşirkətlərə Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirliklərinin hava məkanında, eləcə də Oman körfəzinin akvatoriyasında uçuşlar həyata keçirməkdən çəkinmək barədə xəbərdarlıq edir.

Agentliyin bəyanatına əsasən, regionda “gözlənilməz hərbi hadisələr, həmçinin raketlərin, pilotsuz uçuş aparatlarının, döyüş aviasiyasının və hava hücumundan müdafiə sistemlərinin mümkün istifadəsi” mülki aviasiya üçün “yüksək risk” yaradır.

Agentlik tərəfindən yayılan yeni tövsiyə iyulun 29-na qədər qüvvədədir. Agentliyin bəyanatında, vəziyyətin monitorinqinin davam etdiriləcəyi deyilir.

Oxşar