Avropanın Antikorrupsiya Araşdırmaları Mərkəzinin hesabatına əsasən, məhkəmə müstəqilliyi indeksində Gürcüstan 10 ballıq qiymətləndirmə sistemi ilə 6.63 bal toplayıb
Avropanın Antikorrupsiya Araşdırmaları Mərkəzinin 2024-cü ilə olan hesabatına əsasən, məhkəmə müstəqilliyi indeksində Gürcüstan 10 ballıq qiymətləndirmə sistemi ilə 6.63 bal toplayıb.
Bu göstərici ilə Gürcüstan dünyada 36-cı, Avropada isə 20-ci yerdədir.
Qiymətləndirməyə əsasən, Gürcüstan Portuqaliya, İtaliya, Yunanıstan, Latviya, Sloveniya, Malta, İspaniya, Slovakiya, Albaniya, Bolqarıstan, Rumıniya, Macarıstan, Polşa, Xorvatiya, Türkiyə, Şimali Makedoniya kimi ölkələr arasında ön yerlərdədir.
Avropa Komissiyasının veb saytında dərc olunan araşdırmanı Avropanın Antikorrupsiya və Dövlət Quruculuğu Araşdırmaları Mərkəzi aparır.