"Avropalı Sosialistlər" Reyestrdə rəsmi olaraq qeydiyyatdan keçdi
"Avropalı Sosialistlər" Reyestrdə rəsmi olaraq qeydiyyatdan keçdi

“Avropalı Sosialistlər” vətəndaşlar siyasi birləşməsi Reyestrdə rəsmi olaraq qeydiyyatdan keçdi. Partiya qeydiyyatdan qanunun tam müdafiəsi ilə keçdi. Bu barədə “Avropalı Sosialistlər” partiyasının bəyanatında deyilir.

Onların bəyan etdiyinə görə, partiya bir müxalif siyasi qüvvə kimi, ölkədə mövcud olan bütün mühüm məsələlərlə bağlı hakimiyyətə tam opponentlik edəcək.

Bununla yanaşı, “Avropalı Sosialistlər” partiyasının siyasi komandası bütün Gürcüstan miqyası ilə partiya fəaliyyətini genişləndirməyi və yerli özünüidarəetmə seçkilərinə layiqincə hazırlaşmağı planlaşdırır.

“Partiyanın fəaliyyətinin əsas məqsədi ölkədə sosial-iqtisadi durumun yaxşılaşdıırlması üçün fəal işləmək və konstruktiv mühitddə hakimiyyətə opponetlik etmək olacaq. Bu baxımından qanunvericilik orqanına müxtəlif əhəmiyyətli qanunlayihələrin təhriki baş verəcək”, – bəyanatda deyilir.