Avropalı parlamentarilər Rustaveli prospektində davam edən aksiyaya qoşulublar
Rustaveli prospektində, parlament binasının yaxınlığında etiraz aksiyası yenə də davam edir. Rasa İukneviçiene, Mihal Çerba, Tobias Kremer, Serqei Laqodinski də daxil olmaqla Gürcüstana gəlmiş avropalı parlamentarilər də bir az bundan əvvəl aksiyaya qoşulublar.
Vətəndaşlar avropalı parlamentariləri alqışlarla qarşıladılar. Avropalı parlamentarilər aksiyada Avropa İttifaqı və Gürcüstanın bayraqlarını dalğalandırıblar.
Rustaveli prospektinə toplaşan aksiya iştirakçıları 15-ci gündür “Gürcü Arzusu” tərəfindən noyabrın 28-də verilmiş qərara etiraz edirlər və yeni seçkilər tələb edirlər. Həmçinin, aksiyalarda saxlanılan şəxslərin azadlığa buraxılması aksiya iştirakçılarının tələbidir.