Avropalı parlamentari Tieri Mariani - Gürcülər Moskvadan əmrlər və ya Brüsseldən məsləhətlər istəmirlər, oktyabrın 26-da yalnız gürcülər öz gələcəklərini seçməlidirlər, ağıl öyrətməməliyik
Avropalı parlamentari Tieri Mariani - Gürcülər Moskvadan əmrlər və ya Brüsseldən məsləhətlər istəmirlər, oktyabrın 26-da yalnız gürcülər öz gələcəklərini seçməlidirlər, ağıl öyrətməməliyik

 
“Gürcü Arzusu”nun qələbəsi halında bəziləri nəticələrə yenidən baxılmasına ümid edir, bu da ölkəni yeni Maydana apara bilər və Avropa Parlamentinin bu qətnaməsi Gürcüstanın seçkilərinə təsir etmək məqsədi daşıyır – bu haqda fransız avropalı parlamentari Tieri Mariani Avropa Parlamentində Gürcüstan məsələsi ilə bağlı keçirilən müzakirələr zamanı bildirib.

Tieri Mariani, bunun təhlükəli proses olduğunu deyib.

“Gürcülər Moskvadan əmrlər və ya Brüsseldən məsləhətlər almaq istəmirlər. Oktyabrın 26-da yalnız gürcülər öz gələcəklərini seçməlidirlər. Onlara ağıl öyrətməməliyik. Bu cəsur xalq öz taleyini özü seçəcək” – fransız avropalı parlamentari qeyd edib.