Avropalı parlamentari Rafael Qluksman - Bizdən oliqarxlara qarşı daha sərt olacağımızı gözləyirlər, Saakaşvilini həmişəlik həbs edib Avropaya yaxınlaşmaq qeyri-mümkündür
Kremllə sövdələşmə bağlayıb Avropaya yaxınlaşmaq qeyri-mümkündür, antidemokratik qanunları irəli sürməyə davam edib eyni zamanda Avropaya yaxınlaşmaq qeyri-mümkündür, Saakaşvilini həmişəlik həbs edib Avropaya yaxınlaşmaq qeyri-mümkündür – bu haqda fransız avropalı parlamentari Rafael Qluksman Avropa Parlamentində Gürcüstan məsələsi ilə bağlı keçirilən müzakirələr zamanı bildirib.
O deyib ki, Avropa İttifaqı səsini ucaltmalı və gürcü demokratlarının yanında dayanmalıdır.
“Gürcülərin ürəyi Avropa üçün döyünür. Küçə və parklarda gənc insanlar azadlıq və ləyaqət simvolu kimi Avropa İttifaqının bayraqlarını dalğalandırırlar. Biz onların yanında olmalıyıq. Gürcü demokratlar bizə baxır və bizdən Gürcüstanın demokratiyasına xələl gətirən oliqarxlara qarşı daha sərt olacağımızı gözləyirlər. Biz açıq şəkildə deməliyik ki, Kremllə sövdələşmə bağlayıb Avropaya yaxınlaşmaq qeyri-mümkündür. Antidemokratik qanunları irəli sürməyə davam edib eyni zamanda Avropaya yaxınlaşmaq qeyri-mümkündür, Saakaşvilini həmişəlik həbs edib Avropaya yaxınlaşmaq qeyri-mümkündür. “Gürcü Arzusu” adlı partiya Gürcüstanı rus kabusunda batırmaqla təhdid edir. Avropa İttifaqı səsini ucaltmalı və gürcü demokratlarının yanında dayanmalıdır” – Rafael Qluksman qeyd edib.