Avropalı parlamentari Bernd Lanqe - Donald Tramp Qrenlandiyanı satmaq üçün rüsumlardan bizə siyasi təzyiq məqsədilə istifadə edir
Avropalı parlamentari Bernd Lanqe - Donald Tramp Qrenlandiyanı satmaq üçün rüsumlardan bizə siyasi təzyiq məqsədilə istifadə edir

 

Avropa İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında ticarət razılaşmasının ratifikasiya prosesi rəsmi olaraq dayandırılıb – bu haqda məlumatı avropalı parlamentari Bernd Lanqe təsdiqləyib.

O, ticarət razılaşmasının ratifikasiya prosesinin dayandırılmasının səbəbi kimi ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı almaq istəyini və Trampın planına qarşı çıxan avropalı müttəfiqlərə rüsum tətbiq etmək təhdidini göstərib.

“Düşünürəm ki, Donald Tramp indi rüsumlardan məcburetmə vasitəsi olaraq istifadə edir. Onlar Qrenlandiyanı satmaq üçün rüsumlardan bizə siyasi təzyiq məqsədilə istifadə edirlər. Təhdid bitənə qədər kompromis üçün imkan olmayacağını olduqca aydın şəkildə bəyan etdik” – Bernd Lanqe bildirib.

Məlumat üçün bildirək ki, ABŞ və Avropa İttifaqı arasında ticarət razılaşması ötən ilin iyulunda, bir neçə ay davam edən gərginlikdən sonra imzalanıb.