Avropalı liderlər Ağ Evdə artıq toplaşırlar
Avropalı liderlər Ağ Evdə artıq toplaşırlar

Avropalı liderlər Ağ Evdə toplaşırlar. Məkanına artıq Avropa Komissiyasının prezidenti Ursula fon der Layen, NATO-nun baş katibi Mark Rutte, Böyük Britaniyanın baş naziri Kir Starmer, həmçinin İtaliyanın baş naziri Corcia Meloni gəliblər.

Bununla yanaşı, mövcud məlumata görə, avropalı liderlər artıq Volodimir Zelenski ilə də görüşüblər. Görüş ABŞ-dakı Ukrayna səfirliyində baş tutub.

Ağ Evdə Donald Tramp ilə Volodimir Zelenskinin görüşü bir neçə dəqiqəyə başlayacaq. Məlumata görə, görüşdə vitse-prezident Cey Di Vens də iştirak edəcək. Sözügedən görüşdən sonra danışıqlara avropalı liderlər də qoşulacaqlar. Ursula fon der Layen, Kir Starmer, Mark Rutte və Corcia Melonidən əlavə, görüşdə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mertz və Finlandiya prezidenti Aleksandr Stub da iştirak edəcəklər.