Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi – Gürcüstanın özəl sektorunun inkişafına dəstəyi davam etdirməkdə qərarlıyıq, prioritetlərimiz var
“Biz Gürcüstanın özəl sektorunun inkişafına dəstəyi davam etdirməkdə çox qətiyyətliyik,” – bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndəsi Alkis Drakinos bildirib.
Onun sözlərinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankı bu il Gürcüstanda 300 milyon avroluq investisiya həyata keçirəcək.
“Bu il Gürcüstanın müxtəlif sektorlarına – sənayeyə, banklara, kiçik və orta müəssisələrə 300 milyon avrodan çox investisiya qoyacağıq. Biz olduqca aktivik. Artıq sahib olduğumuz layihələrin inkişafını yaxından monitorinq etməyə fokuslanırıq. Bizim öz imkanlarımız və prioritetlərimiz var. Buna görə də görəcəyimiz işlərə baxırıq və regional təsirə malik layihələrin araşdırılmasını davam etdiririk,” – deyə Drakinos qeyd edib.