Avropa Yayımçılar İttifaqının nümayəndələri İctimai Yayımçıda görüşlərini davam etdirirlər

Avropa Yayımçılar İttifaqının (EBU) nümayəndə heyətinin səfəri Gürcüstanda davam edir.

Rəqəmsal transformasiya layihəsinin rəhbəri, mərkəzi və şərqi Avropanın üzv ölkələri ilə əlaqələrin rəhbəri, rəqəmsal transformasiya və platformalar istiqamətinin rəhbəri və İctimai Yayımçının baş direktoru bu gün Avropa İttifaqının səfiri, Karl Hartselin qonağı idilər. Qapalı görüşdə İctimai Yayımçının rolu və demokratik dövlətdə funksiyası barəsində söhbət etdilər. Avropa Yayımçılar İttifaqının nümayəndələri bu gün bir neçə işçi görüş keçirdilər, o cümlədən Birinci Kanalın texniki direktoru, “Rəngarəng Gürcüstan” layihəsinin və kanalın veb-platformasının rəhbərləri ilə. EBU nümayəndələri Gürcüstanın Birinci Kanalının bir neçə studiyasını və efirini gözdən keçirdilər.

Xatırladaq ki, son illərdə kanalda köklü texniki yeniləşdirilməsi həyata keçirildi, hansı da bir neçə həftəyə yeni efirlərlə, montaj otaqlarıyla, arxiv proqramlarının buraxılması ilə başa çatacaq. İki həftəyə yeni və cari xəbərlə blokunun bütün verilişlərinin avtomatlaşdırlması baş verəcək, hansı da seçilmənin televiziya standartında funksiyanı təmin edəcək.