Avropa Yayım Birliyi Gürcüstanda jurnalistlərə hücum faktlarını pisləyir
Avropa Yayım Birliyi Gürcüstanda jurnalistlərə hücum faktlarını pisləyir.
“Etiraz aksiyaları zamanı onlarla jurnalist və media nümayəndəsi xəsarət alıb. Xüsusi təyinatlı dəstə tərəfindən, o cümlədən etiraz aksiyası zamanı xəsarət alan İctimai Yayımçının əməkdaşı Davit Bejanişvili.
Bundan başqa, həftəsonu nümayişçilərin İctimai Yayımçının binasına zorla daxil olmaq cəhdindən narahatıq.
Media nümayəndələrinə qarşı bütün zorakı hərəkətlər və ya hədə-qorxu tamamilə qəbuledilməzdir.
Medianın azadlığı istənilən demokratik cəmiyyətin təməl daşıdır, Avropa Yayım Birliyi Gürcüstanda davam edən etirazı işıqlandırarkən hamını bu fundamental hüququ qorumağa və jurnalistlərin azad və təhlükəsiz fəaliyyətini təmin etməyə çağırır” – Avropa Yayım Birliyinin bəyanatında deyilir.