"Avropa Xalq Partiyası"nın nümayəndəsi Avropa Şurası Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin səlahiyyətindən şikayət edib, müvafiq komitə rəyi 24 saata təqdim etməlidir
"Avropa Xalq Partiyası"nın nümayəndəsi Avropa Şurası Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin səlahiyyətindən şikayət edib, müvafiq komitə rəyi 24 saata təqdim etməlidir

 

Avropa Şurası Parlament Assambleyasının iclasında Gürcüstan nümayəndə heyətinin səlahiyyətindən şikayət edilib. Şikayətin təşəbbüskarı Gürcüstandakı mövcud siyasi vəziyyəti tənqid edən Avropa Şurası Parlament Assambleyasının üzvü, “Avropa Xalq Partiyası”nın nümayəndəsi, isveçli siyasətçi Boriana Aberq olub.

“Gürcüstan Parlamenti yalnız “Gürcü Arzusu”nun olduğu birpartiyalı parlamentdir. İvanişvili rejimi Gürcüstanda demokratik nizamı məhv edir. Prosedur Qaydalarının A2A maddəsinə uyğun olaraq “Avropa Xalq Partiyası” Qrupu adından səlahiyyətdən şikayət etməyimin səbəbi budur. Mən Gürcüstan nümayəndə heyətinin səlahiyyətindən şikayət edirəm” – Aberq qeyd edib.

Prosedur qaydalarına əsasən, şikayət beş müxtəlif milli nümayəndə heyətindən azı 30 üzv tərəfindən dəstəklənməli idi. Səsvermə nəticəsində təşəbbüs kifayət qədər dəstək qazanıb. Məsələ baxılması üçün müvafiq komitəyə verilib, komitə 24 saata öz rəyini təqdim etməlidir.