Avropa Xalq Partiyası lideri – Viktor Orban qeyri-konstruktivdir, Avropa İttifaqında Vladimir Putinin daha bir mətbuat katibinə ehtiyacımız yoxdur
Avropa Xalq Partiyası lideri – Viktor Orban qeyri-konstruktivdir, Avropa İttifaqında Vladimir Putinin daha bir mətbuat katibinə ehtiyacımız yoxdur

Avropa Xalq Partiyasının lideri Manfred Veber Macarıstanın baş naziri Viktor Orbanı Vladimir Putinin mətbuat katibi adlandırıb. Weber bunu Avropa Xalq Partiyasının sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Orbanın Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya dəstək üçün istifadə olunması ilə bağlı mövqeyi zərərlidir.

“Viktor Orban bizə zərər vurmaq istəyir. O, prosesi dayandırmaq istəyir. O, tamamilə qeyri-konstruktivdir. Burada, Avropa İttifaqında, Putinin daha bir mətbuat katibinə ehtiyacımız yoxdur,” – deyə Weber bildirib.

Məlumat üçün qeyd edək ki, Orban Ukrayna üçün Rusiyanın dondurulmuş aktivləri ilə təmin olunan kreditin ayrılmasını nəzərdə tutan sözdə “reparasiya krediti” ideyasına qarşı çıxır. Onun sözlərinə görə, bu addım Avropa İttifaqının müharibəyə cəlb olunması deməkdir.