Avropa Şurasının sabiq baş katibi Torbiorn İaqland Ceffri Epşteynlə ünsiyyətini təsdiqləyir
Avropa Şurasının sabiq baş katibi Torbiorn İaqland seksual qalmaqalda adı hallanan milyarder Ceffri Epşteynlə ünsiyyətini təsdiqləyir. Bu barədə İaqland Norveç nəşri ilə söhbətində deyib.
İaqland vəzifə səlahiyyətini icra edərkən bir çox insanla tanış olduğunu bildirib.
“Bu, diplomatik fəaliyyətin bir hissəsidir. Epşteynlə yazışmalarım zamanı Donald Tramp və ABŞ və Avropa arasında münasibətlərdəki cari hadisələri anlamaqda xüsusilə maraqlı idim” – Avropa Şurasının sabiq baş katibi qeyd edib.
O, həmçinin Rusiya mövzusunda Epşteynlə ünsiyyəti haqda danışıb.
“Çoxları Rusiyanın Avropa Şurasından çıxarılması prosesinə başlamaq və müvafiq olaraq, Rusiya vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə çıxışından məhrum edilməsini istəyirdi. Mən bu vəziyyətin ciddiliyi barədə fikrimi bildirmək üçün hər fürsətdən istifadə etdim” – İaqland bildirib.
Məlumat üçün bildirək ki, “Politico” Ceffri Epşteynin Lavrovla Tramp haqqında məlumatı paylaşmaq istədiyini və Avropa Şurasının sədri Torbiorn İaqlanddan kömək istədiyini bildirib.