Avropa Şurasının prezidenti Antoniu Koşta Kiyevə gedib

10:51, 24.02.2026

 

Avropa Şurasının prezidenti Antoniu Koşta Ukraynada müharibənin başlamasının dördüncü ildönümü ilə əlaqədar Kiyevə səfər edib. Koşta bu haqda öz sosial şəbəkəsində yazır.

“Ədalətsiz təcavüzkar müharibənin 4 ili. Ukraynalıların sarsılmaz cəsarətinin 4 ili. Avropanın sarsılmaz dəstəyinin 4 ili. Bir ortaq məqsəd — Ukraynada ədalətli və dayanıqlı sülhə nail olmaq. Məhz bu səbəbdən bu gün Kiyevdəyik” – Koşta yazır.

Oxşar