Avropa Şurasının Konqresinin Bəyannaməsi - Gürcüstan demokratik konsolidasiya yoluna qayıtmalı və demokratik prinsiplərə sadiqliyini təsdiq etməlidir
Gürcüstan demokratik konsolidasiya yoluna qayıtmalı və demokratik prinsiplərə sadiqliyini təsdiq etməlidir – bu haqda Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 47-ci plenar sessiyasında qəbul edilmiş bəyannamədə deyilir.
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi “Gürcüstan hakimiyyətini bu yaxınlarda qəbul edilmiş insan hüquqlarına qarşı olan qanunvericiliyi ləğv etməyə və siyasi plüralizmə daha çox təhlükə yaradan, insan hüquqlarını pozan və ya Gürcüstanda yerli özünüidarəetməyə zərər verəcək demokratiyanın əsaslarını sarsıdan hərəkətlərdən çəkinməyə çağırır”.
Konqres “Gürcüstan hakimiyyətinə xatırladır ki, onlar 2023-cü ilin mayında Reykyavik Bəyannaməsində yenidən öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər və yerinə yetirməzlərsə onların üzərinə Avropa Şurasının qanuni orqanları tərəfindən məsuliyyət qoyula bilər”.
Sessiyada Gürcüstanda yaranmış vəziyyətlə bağlı keçirilmiş debatlardan sonra qəbul edilmiş bəyannamədə Konqres “Gürcüstanda demokratik geriləmənin və cəmiyyətdə güclənmiş qütbləşmə və Avropa Şurasının standartlarına zidd qanunvericiliyin qəbulu ilə qeydə alınan insan hüquqlarının zəifləməsinin açıq əlamətlərindən dərin narahatlığını ifadə edir”.