Avropa Şurasının insan hüquqları üzrə komissarı işğal xətti yaxınlığında yerləşən Odzisi kəndinə baş çəkib
Gürcüstanda səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flaerti işğal xətti yaxınlığında yerləşən Odzisi kəndinə baş çəkib.
Maykl O’Flaerti həmçinin Tserovani kəndinin məcburi köçkünlər qəsəbəsinə baş çəkib. Komissar işğal nəticəsində yaranmış vəziyyət və məcburi köçkünlərin vəziyyəti ilə yerində tanış olub.
Avropa Şurasının insan hüquqları üzrə komissarı 14-16 aprel tarixlərində Gürcüstanda səfərdədir və səfər çərçivəsində də Gürcüstan hakimiyyətinin nümayəndələri ilə görüşlər planlaşdırılıb.